“Qarabağ” “Ayaks”la üz-üzə – YENİLƏNİR

“Qarabağ” bu gün UEFA Avropa Liqasının Liqa mərhələsində növbəti oyuna çıxacaq.

Futbolpress.az xəbər verir ki, “atlılar” III turda “Ayaks”ı qəbul edəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq görüşə saat 20:45-də start veriləcək.

“Qarabağ” bundan əvvəl “Tottenhem”ə 0:3, “Malmö”yə isə 1:2 hesabıyla uduzub. “Ayaks” isə “Slaviya” ilə heç-heçə edib (1:1), “Beşiktaş”a isə qalib gəlib (4:0).

UEFA Avropa Liqası
Liqa mərhələsi, III tur

24 oktyabr

20:45 Qarabağ – Ayaks (Niderland)
Baş hakim: Nikolas Uolş (Şotlandiya)
Tofiq Bəhramov adına Respublika stadionu