Çempionlar Liqasının finalı Bakıda keçirilə bilər

Bakı Olimpiya Stadionu 2027-ci ildə Çempionlar Liqasının final oyununa ev sahibliyi edə bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb. AFFA ilə yanaşı, İspaniya Futbol Federasiyası Madriddəki “Metropolitano” stadionunun ev sahibliyi ilə bağlı UEFA-ya müraciət edib.

Bakı Olimpiya Stadionunda daha əvvəl – 2018/19 mövsümündə Avropa Liqasının final matçı təşkil edilib.