“Karvan”a xəbərdarlıq edildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda Azərbaycan I Liqasının V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Qaradağ Lökbatan” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 5 futbolçusu sarı vərəqə aldığına görə “Mingəçevir” klubu 70 manat cərimə edilir (maddə 37);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə “Karvan” klubu 100 manat cərimə edilir (maddə 70.1);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda “Karvan” azarkeşləri rəqib futbolçuları təhqir etdiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Karvan” klubuna xəbərdarlıq edilir (maddə 43.7);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda meydançaya kənar şəxslər daxil olduğuna görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 51.2);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda “Karvan” azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Karvan” klubu 80 manat cərimə edilir (maddə 52.1);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununun 90-cı dəqiqəsində “Karvan” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Karvan” klubu 150 manat cərimə edilir (maddə 52.2);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununun 90+1-ci dəqiqəsində “İmişli” klubunun 13 nömrəli futbolçusu İdris İnqilablı azarkeşlərə kənar əşya atdığına görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “İmişli” klubu 200 manat cərimə edilir (maddə 40.4);

16 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Karvan” – “İmişli” oyununda “İmişli” klubunun 10 nömrəli futbolçusu Bahadur Həziyev azarkeşlərə kənar əşya atdığına görə 2 oyun cəzalanır, “İmişli” klubu 200 manat cərimə edilir (maddə 40.4);

18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Cəbrayıl” – MOİK oyununda “Cəbrayıl” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 70 manat cərimə edilir (maddə 37);

18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Cəbrayıl” – MOİK oyununun 83-cü dəqiqəsində “Cəbrayıl” klubunun 8 nömrəli futbolçusu Zeynəddin Abdurahmanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, “Cəbrayıl” komandası 50 manat cərimə edilir (maddə 36.5);

18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Cəbrayıl” – MOİK oyununun 80-ci dəqiqəsində MOİK klubunun 15 nömrəli futbolçusu Nihad Tamazov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanır, MOİK komandası 50 manat cərimə edilir (maddə 36.5);

18 oktyabr 2024-cü il tarixində I Liqada V turun “Zaqatala” – “Baku Sportinq” oyununda “Baku Sportinq” komandası matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);