“Barselona”nın sabiq baş məşqçisi Xavi “Mançester Yunayted”ə rəhbərlik edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Mütəxəssis artıq bir neçə dəfə “qırmızı şeytanlar”ın nümayəndələri ilə görüşüb.
“Mançester Yunayted” rəhbərliyi baş məşqçi Erik ten Haqla yolları ayırmağı düşünür. Komandanın uğursuz nəticələrinə görə mütəxəssislə vidalaşmağı planlaşdıran rəhbərlik onun yerinə əsas namizəd Xavini görür.
“Mançester Yunayted” Premyer Liqada 12-ci sıradadır.