“Şamaxı” Azərbaycan Premyer Liqasının XI turunda “Qarabağ”la qarşılaşacaq.
“FutbolPress“in məlumatına görə, komandalar arasındakı son beş matçda “atlılar” qələbə qazanıb. Turnir cədvəlində lider olan Qurban Qurbanovun yetirmələri bu dəfə də görüşün favoritidir. Heyət və təcrübəsinə görə rəqibindən aşkar üstün olan “Qarabağ” elitada qalmaq mübarizəsi aparan “şirlər”lə dueldə büdrəyəcəyi gözlənilmir.
“Şamaxı” ümumiyyətlə son 19 oyunda “Qarabağ”a qalib gələ bilməyib. Komandalar arasında baş tutan 74 oyunda “atlılar” 37 qələbə qazanıb. Qol nisbətləri isə 104-44-dür. “Şamaxı” daha əvvəl “İnter”, “Keşlə” adları altında “atlılar”a qarşı cəmi 13 qələbə qazanıb.
Oktyabrın 27-də keçiriləcək “Qarabağ” – “Şamaxı” oyununa saat 19:00-da start veriləcək.