“Vinisius “qızıl top”u qazanmalıdır”

“Real”ın baş məşqçisi Karlo Ançelotti Çempionlar Liqasında Dortmund “Borussiya”sına qalib gəldikləri oyundan (5:2) sonra fikirlərini bölüşüb.

Futbolpress.az “Marca”ya istinadən xəbər verir ki, mütəxəssis görüşdə het-trik edən Vinisius Junior haqda danışıb:

“Vinisius “qızıl top”u qazanmalıdır. Bu oyunda etdiklərinə deyil, bundan əvvəlki bacardıqlarına görə. Çünki bu matça qədər də möhtəşəm oynayıb, kuboklar qazanıb. “Borussiya”ya vurduğu üç qol onun növbəti il “qızıl top”u qazanmasına kömək olacaq”.

“Qızıl top”un qalibi oktyabrın 28-də açıqlanacaq.