PSJ-nin baş məşqçisi Luis Enrike UEFA Çempionlar Liqasında PSV ilə heç-heçə etdikləri görüşü şərh edib.
Futbolpress.az xəbər verir ki, “RMC Sport”a danışan mütəxəssis 1:1 hesabıyla bitən oyunla bağlı bunları deyib:
“Çempionlar Liqasında ən çox şans yaradan komandayıq. Bu, doğru yolda olduğumuzu göstərir. Komandam istədiyim futbolu nümayiş etdirə bilir. PSV-dən daha yaxşı oynayırdıq, müdafiədə də etibarlı idik. Belə oyunlarda heç-heçə nadir rast gəlinən nəticədir. Daha nə edə biləcəyimizdən narahatam, amma futbolçuların mentalitetini sevirəm”.