“Monako” Çempionlar Liqasının Liqa mərhələsinin III turunda “Srvena Zvezda”nı (Serbiya) məğlub edib – 5:1.
Futbolpress.az xəbər verir ki, Fransa təmsilçisi 20 il sonra avrokuboklarda 5 qol vurub. “Monako” sonuncu dəfə 2004-cü ildə İspaniyanın “Deportivo” komandasını 5:0 hesabıyla məğlub etmişdi.
Fransa təmsilçisi bu mövsüm 11 oyundur, uduzmur.