Fransa klubunun yeni baş məşqçisi bilindi

Fransanın “Monpelye” klubunun yeni baş məşqçisi açıqlanıb.

Futbolpress.az xəbər verir ki, Liqa 1 təmsilçisinin sükanı Jan-Lui Qasseyə tapşırılıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəsisslə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.

Qasse son olaraq ötən mövsümün ikinci dövrəsində “Marsel”ə rəhbərlik edib.

“Monpelye” Liqa 1-də 8 turdan sonra 4 xalla 18-ci sıradadır.