Şükürov: “Kiminsə uğursuzluğunu gözləmirəm”

Mövsümün əvvəlində “Kəpəz”dən ayrılan Adil Şükürov təklif gözləyir.

Mütəxəssis “FutbolPress“ə açıqlamasında üzərində işlədiyini və gözləmədə olduğunu bildirdi:

“Vəziyyət elədir ki, gərək üzərimizdə işləyək, çatışmazlıqları aradan qaldıraq. Təklif olanda da dəyişiklik edə bilək. Fərqlilik yaratmağı bacarmalıyıq. İndi elədir ki, ancaq üzərimizdə çalışmaq və gözləmək lazımdır. Kiminsə uğursuzluğunu gözləmirəm”.

Adil Şükürov 2023-cü ilin noyabrından bu ilin avqustuna qədər “Kəpəz”ə rəhbərlik edib. Gəncə təmsilçisi mütəxəssisin başçılığı altında 29 oyunda 8 qələbə qazanıb, 16 dəfə uduzub.

Şahin Cəfərov