Millinin hücumçusu əməliyyat olundu

Azərbaycan millisinin futbolçusu Renat Dadaşov əməliyyat olunub.

Futbolpress.az xəbər verir ki, bu barədə hücumçunun çıxış etdiyi “Ankaragücü” klubunun mətbuat xidməti məlumat yayıb.

Qasıq nahiyəsindəki yırtığa görə əməliyyat edilən Dadaşov 4-6 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Renat bu mövsüm 9 oyunda 2 qol vurub, 1 məhsuldar ötürmə edib.