Arteta: “Şaxtyor”la oyunda diqqətli olmalıyıq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta Çempionlar Liqasında bu gün “Şaxtyor”a (Ukrayna) qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis matçdan gözləntilərini bölüşüb:

“Şaxtyor”un durumuna rəğbət bəsləyirəm. Ölkəsində müharibə olmasına baxmayaraq, oyunlara köklənə və nəticələr əldə edə bilirlər. Futbol dünyanın ən vacib işidir? Xeyr. Xüsusilə, “Şaxtyor”un indiki durumunda. Buna baxmayaraq, onlar futboldan zövq alır və həyatı canlandıran müsbət nə varsa, istifadə etməyə çalışırlar. İdman insanlara sevinc bəxş edə bilər. “Şaxtyor”la oyunda diqqətli olmalıyıq”.

Bu gün keçiriləcək matç saat 23:00-da start götürəcək.