Van Dayk danışıqları təsdiqlədi

“Liverpul”un futbolçusu Vircil Van Dayk açıqlama verib.

Futbolpress.az xəbər verir ki, niderlandlı müdafiəçi klubla yeni müqavilə danışıqları apardığını söyləyib:

“Danışıqlar davam edir, amma necə bitəcəyini bilmirəm. İndi bütün diqqətim qarşıdakı oyunlardadır və bu mövsüm titul qazanmaq istəyirəm”.

“Liverpul” Premyer Liqada 21 xalla 1-ci sıradadır. Van Dayk çempionatda 8 oyunda meydana çıxıb.

33 yaşlı futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır.