“Atletiko”nun futbolçusu bir ay oynamayacaq

“Atletiko” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisinin müdafiəçisi Kleman Lanqle zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. La Liqanın X turunda “Leqanes”lə matçda (3:1) xəsarət alan müdafiəçi azı bir ay yaşıl meydanlardan uzaq qalacaq.

Lanqle bu mövsüm 2 oyunda meydana çıxıb.