“Marsel”in futbolçusu Meyson Qrinvud İngiltərə millisinə dönmək istəyir.
Futbolpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb. Yarımmüdafiəçi yığmanın yeni baş məşqçisi Tomas Tuxellə görüşmək və millidəki perspektivini müzakirə etmək niyyətindədir.
Qrinvud daha əvvəl İngiltərə yığmasına dəvət alıb. Lakin ötən il təcavüzdə ittiham edilən futbolçu yığmadan kənarlaşdırılmışdı.