“Mourinyonun həmişə keyfiyyətli komandaları olub”

“Mançester Yunayted” UEFA Avropa Liqasının Liqa mərhələsində bu həftə “Fənərbağça” ilə qarşılaşacaq.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq matçdan əvvəl rəqiblərinin çalışdırıcısı Joze Mourinyo haqda fikirlərini bölüşüb:

“Onunla qarşılaşmağı, komandalarına qarşı oynamağı xoşlayıram. Mourinyonun hər zaman keyfiyyətli komandası olub. O, qalib biridir və çoxlu titulları var. Mourinyo bir çox məşqçi üçün nümunədir”.

Oktyabrın 24-də keçiriləcək “Fənərbağça” – “Mançester Yunayted” oyununa saat 23:00-da start veriləcək.