Ançelotti onun qolsuzluq seriyasından danışdı

“Real”ın baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Cud Bellinqem haqda danışıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ingilis futbolçunun qolsuzluq seriyasına toxunub:

“Əlbəttə, Bellingem daha çox qol vurmaq istəyir, amma onun performansından razıyıq. Məşqlərdə çox çalışır və komandaya öz töhfələrini verir. Bellingem bizim üçün vacib oyunçudur”.

Cud bu mövsüm 9 oyunda meydana çıxıb, ancaq fərqlənə bilməyib.