“Barselona”nın sabiq baş məşqçisi Xavi Qətər yığmasına rəhbərlik edə bilər.
Futbolpress.az xəbər verir ki, bu barədə “Al Raya” nəşri məlumat yayıb. Xəbərdə Qətər Futbol Assosiasiyasının 44 yaşlı mütəxəssislə danışıqlar apardığı bildirilib.
Son ünvanı “Barselona” olan Xavi daha öncə Qətərdə işləyib. O, 2019-2021-ci illərdə bu ölkənin “Əl Sədd” komandasına rəhbərlik edib və 7 titul qazanıb.