Səudiyyə Ərəbistanı yığmasında baş məşqçi Roberto Mançini ilə yollar ayrılacaq.
Futbolpress.az xəbər verir ki, bu barədə “La Gazetta dello Sport” nəşri məlumat yayıb. Səudiyyə Ərəbistanı Futbol Federasiyası italiyalı mütəxəssislə müqaviləyə xitam verəcək. Federasiya Mançiniyə 30 milyon avro təzminat ödəyəcək.
Roberto 2023-cü ilin yayından milliyə rəhbərlik edir. Komanda DÇ-2026-nın semə mərhələsində 5 xalla 3-cü sıradadır. Ərəblər C qrupunda Yaponiya, Avstraliya, Bəhreyn, İndoneziya və Çin ilə mübarizə aparır.