“Bavariya”nın zədəli futbolçusu Aleksandar Pavloviçin son durumu məlum olub.
Futbolpress.az xəbər verir ki, Bundesliqanın VII turunun “Ştutqart”la oyununda zədələnən yarımmüdafiəçi azı bir neçə ay yaşıl meydanlardan uzaq qalacaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sky Sport” nəşrinin xəbərinə görə, Pavloviç bu il yaşıl meydanlara qayıda bilməyəcək.
Alman futbolçu bu mövsüm 9 oyunda 1 qol vurub.