“Bayer”in hücumçusu qəzaya düşdü

“Bayer”in hücumçusu Viktor Bonifeys qəza keçirib.

Futbolpress.az xəbər verir ki, 23 yaşlı futbolçunun sərnişin qismində oturduğu avtomobilin sürücüsü idarəetməni itirib və yük maşını ilə toqquşub. Bonifeysin dostları ilə birlikdə içində olduğu avtomobil aşsa da, oyunçu ciddi xəsarət almayıb.

Bonifeys bu mövsüm “Bayer”də 7 oyunda 5 qol vurub.