Martines rekordun bir addımlığında

“İnter” İtaliya A Seriyasının VIII turunda “Roma”nı məğlub edib – 1:0.

Futbolpress.az xəbər verir ki, yeganə qolu ikinci hissədə Lautaro Martines vurub. Argentinalı hücumçu bununla da komandadakı qollarının sayını 133-ə çatdırıb.

Martines “İnter” tarixində ən çox qol vuran əcnəbi oyunçu rekorduna şərik olub. Ondan əvvəl 1948-1954-cü illərsə İştvan Nyerş 133 qol vurub.