“İnter” Hakanı itirdi

“İnter” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “neradzurra”nın futbolçusu Hakan Çalhanoğlu zədələnib.

İtaliya A Seriyasının VIII turunda “Roma” ilə səfər görüşündə xəsarət alan türkiyəli yarımmüdafiəçi oyuna davam edə bilməyib və əvəzlənib. Hakanın son durumu tibbi müayinədən sonra bilinəcək.

“İnter” “Roma”nı minimal hesabla məğlub edib – 1:0. “Neradzurra” 8 turdan sonra 17 xalla ikinci sıradadır. Lider isə 19 xalla “Napoli”dir.