“Şamaxı” Premyer Liqanın X turunda “Araz-Naxçıvan”a uduzub – 0:1.
Bölgə təmsilçisinin futbolçusu Adil Nağıyev “FutbolPress“ə açıqlamasında matçı belə şərh etdi:
“Araz-Naxçıvan” yaxşı komandadır və keyfiyyətli futbolçuları var. Oyuna yaxşı hazırlaşmışdıq və qələbə qazanmaq istəyirdik. Heyətdə itkilərimiz var idi və bu, bizimçün çətinlik yaratdı. Onsuz da heyətimiz kasaddır və bir-iki oyunçu olmayanda çətinlik qaçılmaz olur. Buna baxmayaraq, meydanda olan hər futbolçu yaxşı oynamağa çalışdı. Şanslarımız olsa da, dəyərləndirə bilmədik”.
Kapitan matçın sonlarındakı mübahisəli penalti epizodundan da danışdı. Nağıyev topun “Araz-Naxçıvan”ın futbolçunun əlinə dəydiyini və aşkar penalti olduğunu bildirdi:
“Epizoda baxdıq, açıq əl var idi. “Turan Tovuz”la oyunda əleyhimizə verilən penalti bundan daha çətin çətin görünürdü, amma verildi. Bu dəfə də aşkar penalti var idi. Bizə qarşı qərəzin olduğunu deməzdim, amma əleyhimizə qərarlar çoxdur. Hər şey göz qabağındadır”.
Şahin Cəfərov