“Neftçi”nin legioneri: “Daha yaxşı günlərin olacağına inanın”

“Neftçi”nin futbolçusu Alfa Konte Premyer Liqada “Səbail”ə qalib gəldikləri matçla bağlı paylaşım edib.

Futbolpress.az xəbər verir ki, vinger instaqram hesabında 3:1 hesablı qələbədən sonra bunları yazıb:

“Daha yaxşı günlərin olacağına inanın. Vacib qələbə”.

24 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 2 oyunda meydana çıxıb.