“Fənərbağça” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul təmsilçisinin müdafiəçisi Ceyden Ostervolde zədələnib.
Türkiyə Super Liqasının IX turunun “Samsunspor”la səfər oyununda xəsarət alan müdafiəçinin bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı ehtimal edilir. Futbolçunun son durumu tibbi müayinədən sonra bilinəcək.
“Fənərbağça” “Samsunspor”la heç-heçə edib – 2:2. “Bülbüllər” 9 turdan sonra 17 xalla 4-cü sıradadır.