Premyer Liqa: Tovuz və Sumqayıtda rəqəmlər bərabər oldu

Azərbaycan Premyer Liqasında X turun oyunlarını izləyən azarkeş sayı məlum olub.

FutbolPress“in məlumatına görə, ən çox azarkeş Tovuz və Sumqayıtda qeydə alınıb. “Qarabağ”ın “Kəpəz”ə, “Turan Tovuz”un isə səfərdə “Sumqayıt”a qalib gəldiyi matçda 1500 tamaşaçı olub.

Ən aşağı göstərici isə Şamaxıda olub. “Araz-Naxçıvan”ın “Şamaxı” üzərində qələbəsinə tribunalardan 500 tamaşaçı şahidlik edib.

X turun oyunlarını izləyən azarkeş sayı:

Kəpəz – Qarabağ 0:5 (1500 tamaşaçı)
Şamaxı – Araz-Naxçıvan 0:1 (500 tamaşaçı)
Neftçi – Səbail 3:1 (1365 tamaşaçı)
Zirə – Sabah 1:1 (800 tamaşaçı)
Sumqayıt – Turan Tovuz 2:4 (1500 tamaşaçı).

Qeyd: Rəqəmlər Peşəkar Futbol Liqasının (PFL) rəsmi oyun protokollarından götürülüb.