Azərbaycan Premyer Liqasının X turunun “Sumqayıt” – “Turan Tovuz” oyunundan (2:4) sonra qonaq komandanın baş məşqçisi Kurban Berdıyev jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis görüşlə bağlı fikirlərini bölüşdü…
– İki fərqli hissə izlədik. “Zirə” ilə birinci hissədə pis oynamışdıqsa, bu dəfə əksi oldu. İkinci hissədə əvəzetmələrdən sonra yaxşı oynamadıq. Səbəbi axtaracağıq.
– Müdafiədə səhvlər olurdu. Komandanın müdafiə baxımından zəiflədiyini düşünürsünüz?
– Yalnız müdafiə xəttini demk olmaz. Müdafiə komanda şəklində olur. Burda problemlər var.
– Birdən-birə 4 əvəzetmə bununla bağlı idi?
– Rəqib boşluqlar tapırdı. Ona görə əvəzetmələr etdik. Təəssüf ki, pis alındı. “Zirə” ilə matçda məhz bu oyunçular faydalı olmuşdu.
– “Sumqayıt” yeni baş məşqçi ilə oyuna çıxmışdı. Bu, nəticəyə nə dərəcə təsir etdi?
– “Sumqayıt” haqda danışmayacam.
– Avqustdakı oyunda Tovuzda bir qolla qazanmışdınız, bu gün 4. Komandada böyümə hiss edirsiniz?
– Fərqli oyunlar idi. İndi daha müdrik oynamağa başlamışıq. Həm müdafiədə, həm də hücumda. Tovuzda da, burda da ikinci hissənin əvvəlini uduzmuşduq.
Şahin Cəfərov