Renduliç: “Ardıcıl səhvlər etdik və qol buraxdıq”

Azərbaycan Premyer Liqasının X turunun “Zirə” – “Sabah” oyunundan (1:1) sonra qonaq komandanın baş məşqçisi Krunoslav Renduliç jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb…

– Oyun haqda nə danışa bilərəm? Yaxşı başladıq, qol vurduq. İki hissədə də oyuna nəzarət bizdə idi. Qol fürsətimiz də oldu, amma daha yaxşı zərbələr endirsəydik, yarı fürsətlərdən də istifadə edə bilərdik. Əfsuslar olsun ki, qoldan 2 dəqiqə öncə 3-4 ardıcıl səhvlər etdik və qol buraxdıq. Futboldur, fürsətləri istifadə etmirsizsə, qol görürsüz.

– Rəqib baş məşqçi isə 65-70 dəqiqə üstün olduqlarını bildirdilər. Niyə “Sabah” daha çox əks-hücumlara üstünlük verirdi? Halbuki dominant oynamaq üçün lazım olan futbolçulara sahibsiz…
– Topla və topsuz oyuna nəzarət edə bilərsən. Səmimi olsaq, “Zirə” heç bir qol fürsəti yaratmadı. Amma bizim isə bir 100 faizli, 2-3 yarı qol fürsətlərimiz oldu ki, onlardan yararlanmalıydıq.

Şahin Cəfərov