“Quba”nın baş məşqçisi Şəhriyar Əsgərov Azərbaycan Basketbol Liqasının ilk turu çərçivəsində bu gün “Şəki”yə qarşı keçiriləcək görüşlə bağlı klubun mətbuat xidmətinə açıqlama verib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis hədəflərinin yaxşı nəticə qazanmaq olduğunu deyib:
“Çalışdığımız qədərilə mövsümə yaxşı hazırlaşmışıq. Heyətimiz də komplektləşib. Artıq bir müddətdir ki, hazırlaşırıq. Təbii ki, mövsümə hazırıq. İstənilən oyunda sona qədər mübarizə aparacağıq.
Məqsədimiz uğurlu nəticələr qazanmaqdır. İlk oyunumuzu səfərdə “Şəki”yə qarşı keçirəcəyik. Liqamızda asan rəqib yoxdur. Buna baxmayaraq, “Şəki” ilə görüşdə də qalibiyyət üçün çıxacağıq. Komandama inanıram. Yaxşı kollektivimiz var. Ümidvaram ki, istədiyimiz nəticəni qazanaraq liqaya qələbə ilə start verəcəyik”.