“Qalatasaray” Türkiyə Super Liqasının IX turunda “Antalyaspor”u məğlub edib – 3:0.
Futbolpress.az xəbər verir ki, “cim-bom”un hücumçusu Mauro İkardi görüşdə dubl edərək komandadakı qollarının sayını 60-a çatdırıb.
İkardi “Qalatasaray”ın bombardirləri siyahısında “10-luğ”a düşüb. O, 60 qolu olan Milan Baroşa çatıb.
“Qalatasaray” tarixinin bombardiri isə 288 qolla Hakan Şükürdür.