Messi het-trik etdi, “İnter Mayami” qələbə qazandı

Argentinalı hücumçu Lionel Messinin formasını geyindiyi “İnter Mayami” MLS-də növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə “Nyu İnqlend Revoluşn” ilə qarşılaşıb. 8 qolun vurulduğu matçda “İnter Mayami” qələbə qazanıb – 6:2.

Qolları Luis Suares (2), Lionel Messi (3) və Benjamin Kremaski vurub.

“İnter Mayami” 34 turdan sonra 74 xalla müntəzəm mövsümü birinci sırada başa vurub.