Ançelotti “Real”ın tarixinə düşdü

“Real” İspaniya La Liqasının X turunda “Selta”nı məğlub edib – 2:1.

Futbolpress.az xəbər verir ki, görüş “kral klubu”nun baş məşqçisi Karlo Ançelottinin çempionatdakı 200-cü matçı olub.

Ançelotti “Real” tarixində 200 oyun sayına çatan ilk italiyalı məşqçi olub. O, eyni zamanda Migel Munyosdan (424 matç) sonra ən çox matç keçirən ikinci məşqçi olub.