Ronaldonun qolu “Əl Nəsr”ə qələbə qazandırdı

Portuqaliyalı hücumçu Kriştiano Ronaldonun formasını geyindiyi “Əl Nəsr” Səudiyyə Ərəbistanı çempionatında növbəti oyuna çıxıb.

Futbolpress.az xəbər verir ki, VII turda səfərdə “Əl Şabab”la qarşılaşıb. Matç “Əl Nəsr”in qələbəsiylə başa çatıb – 2:1.

Ronaldo bu görüşün iştirakçısı olub. O, 90+7-ci dəqiqədə penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

“Əl Nəsr” 7 turdan sonra 17 xalla ikinci sıradadır.