“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq istefa edəcəyi ilə bağlı çıxan xəbərlərə münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, mütəxəssis iddiaların əsassız olduğunu deyib:
“Səs-küy mətbuatdan gəlir. Hekayələr yazır, yalan danışırlar. Əlbəttə, hazırda olduğumuz vəziyyətdən razı deyilik. Amma komanda daxilində hər şey sakitdir. Planımıza sadiqik və əminik ki, uğurlu olacağıq”.
“Mançester Yunayted” Premyer Liqada 7 turdan sonra 8 xalla 14-cü sıradadır.