“Qalatasaray” fransalı qapıçı ilə maraqlanır

Fransanın “Nant” klubunun qapıçısı Alban Lafon karyerasını Türkiyədə davam etdirə bilər.

Futbolpress.az xəbər verir ki, “Qalatasaray” 25 yaşlı qolkiperlə maraqlanır. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul klubu qolkiperi Fernando Musleraya əvəzləyici kimi görür.

Albanın “transfermarkt”da dəyəri 9 milyon avrodur. O, Fransa yığmasına da dəvət alır.