“Mançester Yunayted”in futbolçusu “Fənərbağça” ilə oyunu buraxacaq

“Mançester Yunayted” itki ilə üzləşib.

Futbolpress.az xəbər verir ki, “qırmızı şeytanlar”ın yarımmüdafiəçisi Kobbi Maino zədələnib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Maino azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. O, Avropa Liqasında oktyabrın 24-də “Fənərbağça”ya qarşı keçiriləcək görüşü buraxacaq.