“Fənərbağça”da ayrılıq

“Fənərbağça” futbolçusu Rayan Kent ilə yollarını ayırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis futbolçu ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Kent “Fənərbağça” formasıyla 19 oyunda 1 qol, 1 məhsuldar ötürmə edib.