Messi: “Bütün arzularımı reallaşdırdım”

“İnter Mayami”nin futbolçusu Lionel Messi açıqlama verib.

Futbolpress.az xəbər verir ki, “Marca”ya danışan argentinalı hücumçu karyerası haqda fikirlərini bölüşüb:

“Bütün arzularımı reallaşdırdım. Uşaqlıqdan istədiyim çox şeyə nail oldum. Bir futbolçunun ən böyük arzusunu – dünya çempionatını qazandım. Həyatımın klubu “Barselona” ilə çoxlu titullara sahib oldum, həm PSJ-də, həm də “İnter Mayami”də çempionluq yaşadım. İndi daha çox şeyə nail olmaq üçün mübarizə aparıram”.