“Bavariya” klubu loqosunu yeniləyib.
Futbolpress.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Yeni dizaynda minimalistliyə diqqət yetirilib. Dizayn eyni qalır, ancaq rənglər daha parlaq olub.
“Bavariya” Bundesliqada 6 turdan sonra 14 xalla 1-ci sıradadır.