“Mançester Yunayted” “Real”a rəqib oldu

“Bavariya”nın futbolçusu Alfonso Deyvis daha bir klubun diqqət mərkəzinə düşüb.

Futbolpress.az xəbər verir ki, “Mançester Yunayted” qış transfer dönəmində kanadalı cinah müdafiəçisini transfer etmək istəyir. Bu barədə Almaniya mətbuatı məlumat yayıb. “Qırmızı şeytanlar” oyunçunun durumunu yaxından izləyir və hələ rəsmi təklif göndərməyib.

Deyvisin adı “Real”la da hallanır. 23 yaşlı futbolçu bu mövsüm 8 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.