“Qarabağ”ın Norveçdəki oyununun biletləri satışa çıxarıldı

“Qarabağ”ın UEFA Avropa Liqasının Liqa mərhələsində “Budo-Qlimt” (Norveç) ilə səfər oyununun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən 300-550 İsveç kronu (49-89 manat) aralığında dəyişir.

UEFA Avropa Liqasının Liqa mərhələsinin IV turunun “Budo-Qlimt” – “Qarabağ” oyunu noyabrın 7-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.