“Ştutqart”ın futbolçusu Angelo Stiller adının “Bavariya” ilə hallanmasına münasibət bildirib.
Futbolpress.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi Münhen klubuna qayıtmaq fikrinin olmadığını deyib:
“Bavariya”ya qayıtmaq planım yoxdur. “Ştutqart”da özümü yaxşı hiss edirəm. Burdan ayrılmağım üçün səbəb yoxdur”.
Stiller “Bavariya”nın yetirməsidir. O, 2023-cü ilin yayından “Ştutqart”da forma geyinir.