“Sabah”ın növbəti sınağı

“Sabah”ın kişi basketbolçulardan ibarət komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçını keçirəcək.

Futbolpress.az xəbər verir ki, Rimas Kurtinaytisin rəhbərlik etdiyi kollektiv II turda Yunanıstan təmsilçisi “Marussi” ilə üz-üzə gələcək. Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.

“Sabah” ilk turda səfərdə Belçikanın “Spiru” komandasına 81:82 hesabı ilə məğlub olub.