Ronaldodan unikal göstərici

Portuqaliya millisi UEFA Millətlər Liqasında Şotlandiya ilə heç-heçə edib.

Futbolpress.az xəbər verir ki, görüşə əsas heyətdə başlayan Kriştiano Ronlado unikal göstəriciyə imza atıb.

2003-cü ilin oktyabrında yığmada debüt edən hücumçu millidə start heyətdə oyuna çıxdığı matç sayı 200-ə çatıb.

Ronaldo milli karyerasında 133 qol vurub, 45 məhsuldar ötürmə edib.