“Barselona” futbolçusu Lamin Yamalın müqaviləsini uzatmağa hazırlaşır.
Futbolpress.az xəbər verir ki, Kataloniya klubu 17 yaşlı vingerlə şifahi razılığa gəlib. Bu barədə “Mundo Deportivo” nəşri məlumat yayıb. Yamalın müqaviləsi 2030-cu ilin yayına kimi artırılacaq.
Lamin bu mövsüm 11 oyunda 5 qol vurub, eyni sayda məhsuldar ötürmə edib. Onun indiki müqaviləsi 2026-cı ilin yayına kimidir.