Tanınmış klub ölkə çempionatından kənarlaşdırıla bilər

“Benfika” klubu Portuqaliya çempionatından kənarlaşdırıla bilər.

Futbolpress.az xəbər verir ki, bu barədə “O Jogo” nəşri məlumat yayıb. Portuqaliya prokurorluğuna klubun sənədləri saxtalaşdırması, vergi fırıldaqçılığı və matçların manipulyasiyası ilə bağlı ittihamlər irəli sürülüb.

Cinayətlər 2016-2019-cu illərdə kluba rəhbərlik edən Luis Filipe Vieyranın dönəmində olub. İttihamlar təsdiqlənsə, “Benfika” 6 aydan 36 aya qədər Portuqaliyada bütün futbol fəaliyyətlərindən uzaqlaşdırıla bilər.