İngiltərə millisinin yeni baş məşqçisi məlum olub.
Futbolpress.az xəbər verir ki, yığmanın “sükan”ı Tomas Tuxelə tapşırılacaq. Bu barədə “The Times” nəşri məlumat yayıb. 51 yaşlı mütəxəssislə danışıqlar müsbət nəticələnib və təyinat bu həftə açıqlanacaq.
Tuxelin son ünvanı “Bavariya” olub. O, daha əvvəl Dortmund “Borussiya”sı, PSJ, “Çelsi” kimi klublarda işləyib.
İngiltərə millisinə hazırda Li Karsli rəhbərlik edir.