UEFA Millətlər Liqasında IV tura yekun vurulub.
Futbolpress.az xəbər verir ki, A Liqasının 4-cü qrupunda mübarizə aparan İspaniya millisi Serbiyanı 3:0 hesabıyla məğlub edərək xallarının sayını 10-a yüksəldib.
İspanların sona iki tur qalmış qrupu ilk iki sırada bitirəcəyi dəqiqləşib. “Buğalar” bununla da, A Liqasında 1/4 finala vəsiqəni əldə edib.
Daha öncə Almaniya bu mərhələyə vəsiqə qazanıb.
İspaniya millisi Millətlər Liqasının son qalibidir.