U-21 – fiasko!

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması 2025-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində çıxışını başa vurub.

Komanda sonuncu oyunda İngiltərədən olan həmyaşıdlarına böyük hesabla uduzub – 0:7. Samir Əliyevin rəhbərlik etdiyi kollektiv yekunda 10 turdan sonra 3 xalla 6 komanda arasında sonuncu pillədə qərarlaşıb.

İngiltərə yığması ilə nəticə fiasko olsa da, rəqibin heyətindəki oyunçuların keyfiyyəti, oynadığı klublara baxanda nəticəyə, oyuna çox toxunmamağa səbəb tapmaq olar. Buna baxmayaraq, hara baxsan, nəticə biabırçıdır.

Tək bu görüş deyil, ümumiyyətlə, U-21-in bu tsikldakı çıxışı uğursuz alındı. İngiltərə, Ukrayna, Serbiya, Lüksemburq və Şimali İrlandiya ilə mübarizə aparan yığma yeganə qələbəsini Bakıda lüksemburqlularla matçda qazandı. 10 oyunda 4 qol vuran Əliyevin komandası qapısında 30 qol görüb. Bəli, 30. Milli sonuncu olmaqla yanaşı, qrupda ən az qol vurub, ən çox komanda oldu.

U-21 son 9 oyunda cəmi 1 dəfə heç-heçə edib. Bu da Bakıda Bolqarıstanın U-21 komandasına qarşı keçirilən yoldaşlıq oyununda olub (0:0).

Azərbaycan futbolu uçurumdadır. Uğursuz nəticələr tək U-21-də deyil, əsas komanda, U-19, U-17 məğlubiyyətləri sıralamaqdadır. Aşağı yaş qruplarının biabırçı durumu gələcəyə nikbin baxmağa imkan vermir. Və bu uşaqların bəziləri gələcəkdə əsas yığmanın heyətini formalaşdıracaq…

Şahin Cəfərov